“Diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür” - XİN
    • 27-01-2023, 11:15
    • 254

“Diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür” - XİN

“Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür”.

News24.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilib-gücləndirilməməsi ilə bağlı sualı şərh edərkən deyib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Hazırda bu xain hücum üzrə araşdırma gedir.