ATƏT sədri Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu pisləyib
    • 28-01-2023, 02:12
    • 257

ATƏT sədri Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu pisləyib

ATƏT sədri Buyar Osmani Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu qəti şəkildə pisləyib.

News24.az xəbər verir ki, Buyar Osmani bu barədə tviter hesabında yazıb.

O, təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb. “Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, - ATƏT sədri qeyd edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.