“İranda etirazçılar səfirliyə hücuma görə SEPAH-ı günahlandırırlar”
    • 28-01-2023, 10:40
    • 294

“İranda etirazçılar səfirliyə hücuma görə SEPAH-ı günahlandırırlar”

“İranda etiraz aksiyalarının təşkilatçıları və koordinatorları Azərbaycanın Tehrandakı səfirliyinə hücumda İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırıblar”.

News24.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) yazıb.

Bununla yanaşı, qeyd olunur ki, bu iddialarla bağlı hazırda dəqiq sübutlar yoxdur. 

Belə ki, məlumata görə, etirazçılar SEPAH-ın beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı olaraq tanınmasına çağırış edirlər. 
Xatırladaq ki, yanvarın 27-si səhər saatlarında Azərbaycanın tehrandakı səfirliyinə qarşı terror hücumu törədilib. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu öldürüb, 2 əməkdaşı isə yaralayıb.//Qafqazinfo