Şəhid Orxan Əsgərovun dəfni sabah olacaq
    • 28-01-2023, 12:56
    • 231

Şəhid Orxan Əsgərovun dəfni sabah olacaq

"Bu gün günorta 14:00 radələrində təyyarə Bakıdan İrana uçacaq. Dəfn isə sabah olacaq".

Bunu News24.az-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.

Onun sözlərinə görə, cənazə axşam Bakıya gətiriləcək:

"Dəfnin sabah olacağına özüm qərar vermişəm. Övlad mənimdi özüm bu qərara gəlmişəm. Övladım 1 ildən çoxdur ki, İranda xidmət edirdi. Ailəlidir. İki övladı var. Qızın 16 , oğlunun 8 yaşı var. Cənazənin dəqiq nə vaxt gətiriləcəyi bilinmir".

Qeyd edək ki, Orxan Əsgərov İkinci Şəhidlər Xiyabanında dəfn olunacaq.

Məhərrəm ƏLİYEV