"Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq" - İlham Əliyev
    • 28-01-2023, 15:23
    • 230

"Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq" - İlham Əliyev

“Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər barədə məlumatlandırdım”.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır”, - dövlət başçısı qeyd edib.