Paşinyandan BMT tribunasında MÜHARİBƏ ELANI
    • 26-09-2018, 17:11
    • 2 144

Paşinyandan BMT tribunasında MÜHARİBƏ ELANI

Hakimiyyətə gəldiyindən bəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist və sərsəm bəyanatlarla gündəmdə olan Ermənistanın baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında da eyni üslubdan istifadə edib.

 Paşinyan çıxışında Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti daha da gərginləşdirəcək bəyanatlar verib.

“Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz. Qarabağ münaqişəsinin nizama salınması Ermənistanın xarici siyasətinin prioriteti olaraq qalır. Dağlıq Qarabağın statusu və təhlükəsizliyi danışıqlar prosesində Ermənistanın xüsusi prioriteti olacaq”, - Paşinyan sərsəmləyib.

İşğalçı ölkənin baş naziri Azərbaycanın problemin hərbi yolla həlli ideyasından imtina etməli olduğunu və bütün əvvəlki razılıqları yerinə yetirməli olduğunu deyib.

Bundan başqa, baş nazir münaqişənin “əsas subyekti” adlandırdığı Dağlıq Qarabağla Azərbaycanın dialoqa başlamalı olduğu barədə tələbini yeniləyib.

//publika.az