Orxan Əsgərovla vida mərasimi keçirilir -FOTO
    • 30-01-2023, 09:29
    • 194

Orxan Əsgərovla vida mərasimi keçirilir -FOTO

Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, Orxan Əsgərovun cənazəsinin yaxın saatlarda evinə gətiriləcəyi, daha sonra dəfn olunmaq üçün II Fəxri xiyabana aparılması gözlənilir.

Qeyd edək ki,  Orxan Əsgərov yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum  zamanı şəhid olub. 

Hadisədən sonra Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.

Qumral Əliyeva
FOTO: Nicat Niftəliyev