Şəhid Orxan Əsgərovun vida mərasimi başa çatdı
    • 30-01-2023, 11:47
    • 380

Şəhid Orxan Əsgərovun vida mərasimi başa çatdı

Şəhid baş leytenant Orxan Əsgərovla vida mərasimi başa çatıb.

News24.az xəbər verir ki, şəhidin cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabanına aparılır.

Qeyd edək ki, vida mərasimində mərhumun ailə üzvləri yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Xarici İşlər Nazirliyinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər şəxslər iştirak etdi.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq fəxri qarovul dəstəsi düzülmüşdü.

Şəhidimizin nəşi dəfn olunması üçün II Fəxri xiyabana yola salınıb. 


Qumral ƏLİYEVA 
Nicat NİFTƏLİYEV