Terrorçunun həyat yoldaşı danışdı - SON DƏQİQƏ
    • 31-01-2023, 09:55
    • 238

Terrorçunun həyat yoldaşı danışdı - SON DƏQİQƏ

Yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə İranda fəaliyyət göstərən "Hüseyniyyun" qruplaşmasının üzvü olub.

News24.az Gunaz.tv-yə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı mediaya açıqlama verib.

"O, "Hüseyniyyun"un üzvü idi və Suriyada İran qüvvələrinin tərkibində Bəşər Əsədin xeyrinə döyüşüb", -terrorçunun həyat yoldaşı bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən Yasin Hüseynzadə saxlanılıb.