Pakistanda partladılan məsciddə ölənlərin sayı artdı
    • 31-01-2023, 10:37
    • 190

Pakistanda partladılan məsciddə ölənlərin sayı artdı

Pakistanın Peşəvər şəhərində yerləşən məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 90-a çatıb.

News24.az xəbər verir ki, yerli hüquq-mühafizə orqanları partlayışdan az sonra 200-dən çox zərərçəkənin xəstəxanaya çatdırıldığını, onlardan 100-ə yaxınının müalicəsinin davam etdiyini bildirib. 

Xayber Paxtunxva əyalətinin başçısı Məhəmməd Əzəm Xan bütün bölgədə bir günlük matəm elan edib.

Qeyd edək ki, bundan öncə məsciddə partlayış nəticəsində 72 nəfərin öldüyü bildirilib. Milli təhlükəsizlik rəsmilərinin məlumatına görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb. /Tass/

Teymur MƏMMƏDOV