Məşhur "youtuber" faciəvi şəkildə öldü - FOTO
    • 1-02-2023, 12:42
    • 163

Məşhur "youtuber" faciəvi şəkildə öldü - FOTO

Dünyaca məşhur "YouTuber” Leo Rex Taylanddakı mənzilində ölü tapılıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, o, həmin vaxt beldən aşağı çılpaq, ağzı və burnu qan içində olub.

"YouTube”də Leo Rex kimi tanınan, əsl adı Laith Abdallah Algaz olan Amerika sosial media fenomeni Taylandın Pattaya şəhərindəki mənzildə ölü tapılıb.

Ölümündən 4 saat sonra cəsədi tapılan Rex sosial mediada seksuallıqla bağlı paylaşımları ilə tanınırdı.

Digər tərəfdən Rexin cansız bədəninin üzü üstə uzandığını, ağzından və burnundan qan gəldiyini bildirən səlahiyyətlilər hadisə yerində müxtəlif dərmanlara rast gəliblər.

Fenomenin evi də qarət edilib.

Faktla bağlı araşdırma aparılır.

Qumral Əliyeva