-
- 25-01-2019, 12:30
- 741
Sürücünün avtobusdan düşürdüyü qız soyuqdan donub öldü
Ukraynada çoxlarını şoka salacaq hadisə baş verib.
Jitomir vilayətində 20 yaşlı tələbəni marşrut avtobusundan düşürüblər, o da soyuqdan donub ölüb.
Şahidlərin dediyinə görə, Olevsk-Jitomir avtobusuna minən İrina Dvoretskaya əvvəldən sürücüyə cibində yalnız 10 qriven (təminən 60 qəpik) olduğunu deyib. Gedişhaqqı isə 25 qrivenmiş. Sürücü növbəti dayanacaqda onu avtobusdan düşməyə məcbur edib. Meşə yolu ilə evə qayıtmağa çalışan İrina çuxura düşüb, oradan çıxa bilməyib. Qızı ertəsi günü donmuş halda tapıblar.Jitomir polisi deyilənlərlə razılaşmır. Mətbuat xidmətinin rəhbəri deyir ki, qız avtobusu sürücüdən xəbərsiz tərk edib. Guya sürücü başqa sərnişinlərin baqajı ilə məşğulmuş. Polis iddia edir ki, qız dostlarıyla əylənməkdən gəlirmiş və hətta orada bəzilərindən borca pul da istəyib. İrinanın yaşadığı Rudne-Xoçinskiy kəndinin camaatı isə polisin dediklərini həqiqətəuyğun saymır. Qızın qonşusu deyib ki, o, xəstəxanada yatan anasına dəyməyə gedirmiş.
İrinanın yaxınları diqqəti onun tamam fərqli dayanacaqda avtobusdan düşməsinə yönəldib. Dvoretskaya heç vaxt çılğınlığı ilə seçilməyib. Başqa dayanacaqda düşmək ona xas xüsusiyyət deyil. Kənd camaatı hesab edir ki, polis sürücünü məsuliyyətdən azad etməyə çalışır.
//XariciMedia.com