Yaşlı qadın yanıq xəsarətlərindən öldü
    • 1-02-2023, 19:15
    • 221

Yaşlı qadın yanıq xəsarətlərindən öldü

Şəmkir rayonunun Mahmudlu kəndində yaşlı qadın yanıq xəsarətlərindən ölüb.

News24.az-ın məlumatına görə, görmə qabiliyyətini itirmiş, 1951-ci il təvəllüdlü Gültəkin Məmmədova soba üzərinə yıxılaraq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Onun meyiti tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.