-
- 2-02-2023, 10:52
- 291
Bakıda dəhşətli qətlin təfərrüatı: Sevgilisinin əl-ayağını bağladı, 14 yaşlı qızını öldürdü - YENİLƏNDİ
Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub.
News24.az Oxu.Az-a istinadən xəbər verir ki, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib.
O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb.
Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb.
Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
10:02
Baş Prokurorluq Sabunçu rayonundakı qətllə bağlı məlumat yayıb.
Qurumdan News24.az-a verilən xəbərə görə, fevralın 2-si, saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.