-
- 2-02-2023, 12:23
- 160
Naxçıvanın sabiq prokurorunun həbsi iddialarına RƏSMİ CAVAB
“Bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb”.
News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir.
Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır”, - qurumdan bildirilib.
Qeyd edək ki, S.Şahverdiyev yanvarın 31-də Prezident İlham Əliyevin sərəncamına əsasən işdən azad olunub. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.
S.Şayhverdiyevin həbs olunması ilə bağlı iddialar yayılmışdı.