Fatih Dönməz Bakıya gəlir
    • 2-02-2023, 12:49
    • 202

Fatih Dönməz Bakıya gəlir

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz sabah Bakıya gələcək.
 
News24.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
 
Bildirilib ki, nazir Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasına qatılacaq.
 
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı fevralın 3-də Bakıda keçiriləcək.