Mağazasının önünü bağlayan maşını zibil qutusuna atdı - ANBAAN VİDEO
    • 2-02-2023, 15:49
    • 182

Mağazasının önünü bağlayan maşını zibil qutusuna atdı - ANBAAN VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda maraqlı hadisə yaşanıb.

News24.az “Milliyet”ə istinadən xəbər verir ki, avtomobili zibil qutusuna atıblar.

Bildirilib ki, kimliyi bilinməyən avtomobil bir mağazanın önündə park edilib. Mağaza sahibi maşının mütəmadi olaraq orada park edilməsindən və mağazanın önünü bağlamasından asəbiləşərək, maşını zibilliyə atacağını deyib.

Xəbərdarlıqlara rəğmən, avtomobil sahibi maşını iki gün ərzində mağazanın önündən çəkməyib. Bundan sonra mağaza sahibi zibil qablarının üstünə qoyub. Onun bu davranışı təhlükəsizlik kameralarına düşüb.