-
- 3-02-2023, 10:03
- 342
"Banklar öz gələcək xərclərini faizə qoyurlar, bunun yükü də vətəndaşın çiyninə düşür"
"Mərkəzi Bankın uçot dərəcəsini artırması ölkəmizdə kredit faizlərinin artırılmasına səbəb olub".
Bu fikirləri News24.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov kredit faizlərinin qalxmasına münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, ölkədə məhkəmə-hüquq sisteminin bərbad vəziyyətdə olması faizlərin də yüksək olmasını şərtləndirən amillərdəndir:
"Ümumiyyətlə, ölkəmizdə bankların kredit riskləri çox yüksəkdir. Çünki vətəndaş krediti geri qaytarmadıqda, banklar məhkəmələrə düşür. Təbii ki, məhkəmələrdə, icra məmurlarının fəaliyyətində də korrupsiya halları var. Buna görə də, banklar öz gələcək xərclərini faizə qoyurlar. Bununla da, baş verənlərin bütün yükü vətəndaşların çiyinlərinə düşür".
Aynurə FATEH