Əməliyyatdan sonra ölən məktəbli ilə bağlı xəstəxanadan AÇIQLAMA
    • 2-02-2023, 17:23
    • 171

Əməliyyatdan sonra ölən məktəbli ilə bağlı xəstəxanadan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli, 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu yaşadığı evdə dünyasını dəyişib.

News24.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, azyaşlı M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində əməliyyat olunub.

Məsələ ilə bağlı mərkəzdən sorğumuza verilən cavabda bildirilir ki, fevralın 1-i saat 20:25-də 2014-cü il təvəllüdlü vətəndaşın meyiti valideynləri tərəfindən Mərkəzə gətirilib: “Baxış zamanı meyitdə ölüm təsdiq olunub. Bununla bağlı aidiyyəti orqanlara dərhal məlumat verilib. Daha sonra meyit ekspertizaya göndərilib.

Əlavə məlumat üçün bildiririk ki, 2014-cü il təvəllüdlü vətəndaşa 25.01.2023-cü il tarixində Mərkəzdə tonzillektomiya əməliyyatı icra olunub və 26.01.2023-cü il tarixində kafi vəziyyətdə evə yazılıb”.

Qeyd edək ki, A.Nadirli Xətai rayonu, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.