Azərbaycanlı model dünyanın məşhur model agentliyi ilə çalışacaq - FOTO
    • 25-01-2019, 15:06
    • 2 852

Azərbaycanlı model dünyanın məşhur model agentliyi ilə çalışacaq - FOTO

Azərbaycanlı model Laçın Cəbrayılov dünyanın məşhur model agentliklərindən biri olan “DAMAN Management” ilə çalışacaq.

Bu haqda məlumatı “AES Group” şirkətinin rəhbəri, tanınmış təşkilatçı Aqil Məmiyev verib. O, bildirib:
“Biz Laçınla bir ay öncə işlə bağlı Türkiyədə olanda, Laçını bir çox model agentliklərin rəhbərləri və xarici model şirkətlərinin İstanbul şöbələri ilə tanış etdim.

 Bu yaxınlarda bizə təklif gəldi ki, Laçını “DAMAN Management” model agentliyinə işbirliyi üçün dəvət edirlər. Bu, bizim üçün çox müsbət haldır. Nəzərə almaq lazımdır ki, Laçın Cəbrayılov artıq dünyanın tanınmış modelləri ilə eyni podiumu və reklam çarxlarını bölüşəcək. Model biznesi yeni inkişaf mərhələsi yaşayan ölkəmizdə belə uğurları əldə edən gənclərimizi gördükdə sevinirəm, çünki mənim də zəhmətim var. Uğurlar arzulayıram”.



//OxuAz