-
- 3-02-2023, 15:20
- 266
“Ürəyi Vətən eşqi ilə döyünən Şəhnin”
2023-cü il fevralın 3-də saat 1100-da Azərbaycan Hərb Tarixi Muzeyində Vətən Müharibəsi şəhidi Şəhnin Şahlar oğlu Novruzovun anadan olmasının 25 illik yubileyinə həsr olunmuş “Ürəyi Vətən eşqi ilə döyünən Şəhnin” adlı anım tədbiri keçirilib.
News24.az xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidi Şəhnin Şahlar oğlu Novruzovun ailə üzvləri, şəhid ailələri, 44 günlük “Dəmir Yumruq” əməliyyatında–Azərbaycanın Vətən Müharibəsində şanlı tariximizin parlaq səhifəsi olan zəfərin qazanılmasında xidmətləri olmuş qazilər iştirak edib.
Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin məruzəsi, şəhid Şəhnin Şahlar oğlu Novruzovun anası İlhamə xanımın, qardaşı Novruzov Səddamın, Vətən Müharibəsi Qəhrəmanı mayor Elçin Mansurovun anası Məleykə xanımın, şəhid analarının və digər qonaqların çıxışları dinlənilib.
Tədbirdə Şəhid Şəhnin Şahlar oğlu Novruzovla bağlı qısametrajlı sənədli film nümayiş olunub.
Tədbirin bədii hissəsində Azərbaycan ordusunun Həzi Aslanov adına İdeoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mahnıları,hərbi- vətənpərvərlik mövzusunda şerlər səsləndirilib.