Səbail rayonunda yanğın olub

Səbail rayonunda yanğın olub Gündəm
Bakıda yanğın olub.

News24.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda hər birinin sahəsi 8 m² olan bir-birinə bitişik taxta və plastik materiallardan tikilən 2 ədəd otağın yanar konstruksiyaları 13 m² sahədə, yaxınlıqda hasarın taxtadan ibarət üzlüyü 8 m² sahədə yanıb. Otağın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.