-
- 26-01-2019, 10:59
- 1 090
Tanınmış aparıcı 100 gündür ki, komadadır – FOTO
Ötən ilin oktyabrında hamamda yıxılaraq qabırğalarını sındıran şoumen Mehmet Əli Ərbil artıq 100 gündür ki, komadadır.
News24.az xəbər verir ki, aparıcının qızı Sezin Ərbil sosial şəbəkədə atasının səhhətindən yazıb:
“Bu gün xəstəxanada 100-cü günümüzdür. Sizə verə biləcəyim yeni xəbərimiz yoxdur. Atam Allahın köməyi ilə zamanla yaxşılaşacaq. Çox çətin günlər keçiririk. Bu müddət ərzində o qədər çox şey öyrəndim ki.. Xəstə olan hər kəsə şəfa diləyirəm”.