-
- 6-02-2023, 17:42
- 562
Vasif Talıbovun qızı “Naxçıvan Bank”dakı səhmlərini də itirdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı Baharxanım Talıbova "Naxçıvan Bank”dakı səhmlərini də itirib.
News24.az xəbər verir ki, Baharxanım Talıbova sözügedən bankın Müşahidə Şurasının üzvü olub. Vasif Talıbov istefa verdikdən sonra qızı da Müşahidə Şurasının üzvlüyündən kənarlaşdırılıb.
2008-ci ildə yaradılan "Naxçıvan Bank” ASC-nin səhmdarları 4 fiziki şəxsdir. Açıq mənbələrdə onların kimliyi barədə heç bir məlumat yoxdur.
Hazırda bankın rəsmi internet səhifəsində səhmdarların 3 fiziki şəxs olduğu qeyd edilib. Səhmdarlar haqqında məlumata Baharxanım Talıbovanın istefasından sonra düzəliş edilib.
Ətraflı
İddialara görə, səhmdarlardan digər ikisi də Vasif Talıbova yaxın şəxsdir. Onlardan biri bankın Müşahidə Şurasının sədri olmuş Əsədulla İgəndərov, digəri isə Müşahidə Şurasının üzvü Rifat Məmmədovdur.
Baharxanım Talıbovadan sonra Əsədulla İsgəndərovla Rifat Məmmədov da bankın rəhbərliyindən uzaqlaşdırılıb.
Gözlənilir ki, yaxın vaxtlarda onlar da səhmlərini itirəcək. Əslində, Vasif Talıbov bu şəxslərin vasitəsilə "Naxçıvan Bank”da əhəmiyyətli paya sahib olub. Bu baxımdan, hər üç şəxs dərhal bankın rəhbərliyindən kənarlaşdırılıb.//qaynarinfo