-
- 26-01-2019, 11:31
- 1 389
Aygün Kazımovanın ad günüdür - FOTO
Bu gün xalq artisti Aygün Kazımovanın ad günüdür.
News24.az xəbər verir ki, 48 yaşı olan müğənni, bu illər əzrində yaşadıqlarını instagram hesabında belə şərh edib: "Həyat, keçdiyin hər dərsi öyrəndim. Bəzisindən əla qiymət aldım, bəzisindən sinifdə qaldım. Qəlbim qəlpələrlə dolu olanda belə üzüm güldü... Sevinclə döyünəndə onu sevdiklərimlə bölüşdüm. Keçdiyin dərslərdən isə nəticə çıxarmağı öyrəndim. Bu gün artıq çox hüzurluyam. Ən böyük güvən yerim, ilham və ümid qaynaqlarımla birlikdə... Həyat, səni sevirəm!"
Aygün Kazımova 1971-ci ildə Bakıda anadan olub. O, 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyub. Peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə qədəm qoyub. İlk "Qrand-pri" mükafatını məhz bu yarışmada qazanıb. 1989-cu ildə Yurmalada keçirilən beynəlxalq konkursda, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda beynəlxalq yarışmada laureat olub.
2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. 2001-ci ildə yenidən üç - "İlin müğənnisi", "İlin hit mahnısı: Я и ты", "İlin konserti: Я девушка восточнaя" nominasiyaları üzrə "Qrand" mükafatı qazanıb. İndiyə kimi saysız solo konserti olub. Bunlardan 1999-cu ildə "Aygün-Bir Gün", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri-adi şou", 2006-cı ildə Moskvada möhtəşəm yubiley konsertlərini misal göstərmək olar.
Bu günə kimi onlarca diski çıxıb. 2001-ci ildə Azərbaycanın əməkdar artisti, 2009-cu ildə isə xalq artisti adlarına layiq görülüb. Vaqif Gərayzadə, Eldar Mansurov və Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışıb. Xarici ölkələrdə də konsertlər verib. Onlardan ən məşhuru 2006-cı ildə Moskvada Dövlət Kreml sarayında təşkil edilən gecə olub.
2005-ci ildə rejissor Arif Qazıyevin "Xarı bülbüllər" musiqili filmində baş rola çəkilib. Həmçinin "Best Model of Azerbaijan"ın rəhbəri vəzifəsində də iştirak edib.
2017-ci il sentyabrın 22-də yaradıcılığının 30 illiyi münasibəti ilə Azərbaycanın ən böyük konsert arenası olan Kristal zalda anşlaqla konsert verib.
2018-ci ildə Türkiyədə keçirilən "Altın Kelebek" mükafat mərasimində "Azərbaycanda ilin qadın müğənnisi" nominasiyasına layiq görülüb.