Günay İbrahimlidən gözlənilməz açıqlama - VİDEO
    • 26-01-2019, 13:15
    • 1 264

Günay İbrahimlidən gözlənilməz açıqlama - VİDEO

Müğənni Günay İbrahimli maraqlı açıqlama verib.

Aparıcı-aktyor Əkbər Əlizadənin ATV kanalında yayımlanan "Gündən-günə" verilişinin qonağı olan G. İbrahimli digər qonaq əməkdar artist İlqar Muradov haqda danışıb. O, bildirib ki, universitet illərində dərsə məhz İlqar Muradova görə gedirmiş:

"İlqar müəllim çox pozitiv insandır. Bir dəfə görmədim ki, o, həyatda nədənsə gileylənsin".

Əvəzində əməkdar artist də tələbəsinin ünvanına təriflər yağdıraraq, Günayın çox istedadlı və fərqli səs tembrinə sahib olduğunu vurğulayıb.

Azər NƏSİBOV