Məktəbdən çıxan şagird itkin düşdü
    • 8-02-2023, 09:55
    • 232

Məktəbdən çıxan şagird itkin düşdü

Bakıda məktəbli itkin düşüb.

News24.az xəbər verir ki, 2019-cu ildən 1 saylı uşaq evində yaşayan, Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 saylı tam orta məktəbin 4-cü sinif şagirdi, 2010-cu il təvəllüdlü M.Rzayev fevralın 6-da məktəbdən çıxıb və bir daha geri qayıtmayıb.
Bildirilib ki, şagird həmin gün təhsil aldığı məktəbdə birinci dərsdən çıxdıqdan sonra itkin düşüb.

Faktla bağlı Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma və əməliyyat axtarış tədbirləri aparılır.