Qardaş ölkəyə yardım üçün hansı əşyalar göndərilməlidir? - AÇIQLAMA
    • 8-02-2023, 12:20
    • 252

Qardaş ölkəyə yardım üçün hansı əşyalar göndərilməlidir? - AÇIQLAMA

Türkiyədə zəlzələ ilə bağlı əhaliyə yardım kampaniyası çərçivəsində göndəriləcəklər içərisində ehtiyac duyulmayan əşyaların olduğu müşahidə edilir.

Bu barədə News24.az-a kampaniya təşkilatçıları məlumat veriblər. Təşkilatçılar bildiriblər ki,  insanlar, demək olar ki, evlərində olan bütün əşyaları göndərməyə çalışırlar, buna görə hər kəsə təşəkkürlərini bildiriblər. 

Vətəndaşlar əsasən qida və istifadə edilməmiş geyimlərlə yardım etmələri xahiş olunub.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Qumral ƏLİYEVA