Azərbaycan polisindən Türkiyə üçün yardım toplayanlara dəstək - FOTO
    • 8-02-2023, 22:27
    • 345

Azərbaycan polisindən Türkiyə üçün yardım toplayanlara dəstək - FOTO

Ötən gündən başlayaraq paytaxt Bakının müxtəlif ərazilərində Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün yardım toplanılır.

News24.az xəbər verir ki, ötən gün Babək prospektində olan toplama məntəqəsinin ünvanı bu gün dəyişdirilərək Heydər Əliyev adına İdman Konsert Kompleksinə köçürülüb. 

Əsasən yorğan, döşək, geyim və qida məsullarından ibarət yardımları daşımağa sakinlərə Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları kömək ediblər. 

Sözügedən görüntüləri təqdim edirik: 

Fotolar: Teymur MƏMMƏDOV