-
- 8-02-2023, 18:37
- 271
FHN-in Mobil səhra hospitalı Kahramanmaraşda quraşdırılmağa başlanılıb
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində quraşdırılmağa başlanılıb.
News24.az xəbər verir ki, hazırda konteynerlər TIR-lar vasitəsilə şəhərin Kahramanmaraş Böyükşəhər Bələdiyyəspor klubunun stadionunun ərazisinə gətirilib və burada quraşdırılır.
Hospitalda FHN-in 41 nəfər tibb heyəti fəaliyyət göstərəcək.
Mobil səhra hospitalı fəaliyyətə başladıqdan sonra burada zəlzələdən əziyyət çəkən insanlara yardım göstəriləcək.//report