Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanır - FOTO
    • 8-02-2023, 21:09
    • 217

Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanır - FOTO

Gəncədə də Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım toplanılır.

News24.az-ın "Report"a istinadən məlumatına görə, Türkiyənin Azərbaycandakı Səfirliyinin müraciətindən dərhal sonra ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində yardımlar toplanılmağa başlanılıb.

Sakinlər, sahibkarlar, müəssisə, idarələr, cəmiyyətlər və ictimai birliklər tərəfindən zəlzələdə zərərçəkənlərə dəstək məqsədilə yardımlar müvafiq qurumlar tərəfindən təyin olunmuş məkana çatdırılıb.

Bununla yanaşı, dünəndən başlayaraq Türkiyənin Gəncədəki Baş Konsulluğunun önündə zəlzələdə dünyasını dəyişən şəxslərin xatirəsinə yaradılmış güşə sakinlər tərəfindən ziyarət edilir, gül dəstələri düzülür.