Azərbaycanda sürücü yolda qəfil öldü – Maşını qəza törətdi
    • 9-02-2023, 11:24
    • 165

Azərbaycanda sürücü yolda qəfil öldü – Maşını qəza törətdi

Göyçay rayonunda sürücü sükan arxasında qəfil vəfat edib.

News24.az-ın etdiyi məlumata görə, dünən Göyçay şəhəri Nizami küçəsində 1968-ci il təvəllüdlü Fəxrəddin Tofiq oğlu Xəlilov idarə etdiyi “VAZ 2107” markalı avtomobildə sükan arxasında olarkən qəfil vəfat edib.

Nəticədə onun sürdüyü maşın yol kənarındakı digər “VAZ 2107”yə çırpılıb. Zərbə nəticəsində həmin avtomobildə olan qadın sərnişin ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Taleh BAĞIROV