Azərbaycanda ailə faciəsi - Yeni ata olan gənc öldü - FOTOLAR
    • 27-01-2019, 12:12
    • 2 157

Azərbaycanda ailə faciəsi - Yeni ata olan gənc öldü - FOTOLAR

Yanvarın 26-na keçən gecə Gəncədə ağır yol qəzası baş verib.

Saat 1 radələrində Gəncə-Şəmkir yolunun ikinci kilometrliyində 1990-cı il təvəllüdlü Elnay Hacıyev idarə etdiyi "Opel" markalı avtomobil ilə Şəmkir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Sürücü aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Ruslan İbrahimov isə müxtəlif bədən xəsarətləri alıb.

Qeyd edək ki, E.Hacıyev 3 il əvvəl ailə həyatı qurub və yeni ata olubmuş.

Vəfat edən gəncin bəzi fotolarını təqdim edirik.

//Publika.az