-
- 31-08-2019, 10:57
- 825
DİN Biləsuvarda baş verən ağır yol qəzası ilə bağlı MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyi (DİN) Ələt-Astara avtomobil yolunun 80-ci kilometrliyində üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev açıqlamasında bildirib ki, qəzanın zəncirvari şəkildə baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Avqustun 30-da saat 20 radələrində Ələt-Astara yolunun 80-ci kilometrliyində, Biləsuvar rayonunun ərazisində Bakı şəhər sakini Səadət Fərəczadənin idarə etdiyi “Hyundai” markalı minik avtomobili yolun kənarındakı maneəyə dəyərək aşıb. Nəticədə sərnişinlərdən ikisi – S.Fərəczadənin oğlu Səfər və qardaşı oğlu Riyad Hüseynov hadisə yerində ölüb.
Sürücü ilə birlikdə daha 4 sərnişin - sürücünün qızları – Nigar və Fidan, həmyerliləri Günel Hüseynova və onun azyaşlı oğlu Rafiq Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. G.Hüseynovanın vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb”.