Şuşayla əlaqədar xatirə nişanı hazırlanacaq
    • 9-02-2023, 15:17
    • 215

Şuşayla əlaqədar xatirə nişanı hazırlanacaq

“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ilə əlaqədar poçt markalarının və xatirə nişanı hazırlanacaq.

News24.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nında əksini tapıb.

Tədbirlər Planına əsasən, “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resursları və xatirə materialları hazırlanacaq.