Azərbaycanlı tələbədən hələ də xəbər yoxdur... - Valideynləri Türkiyəyə getdi
    • 9-02-2023, 16:26
    • 366

Azərbaycanlı tələbədən hələ də xəbər yoxdur... - Valideynləri Türkiyəyə getdi

Bu gün anamla atam da Malatyaya gəldi, hazırda qardaşımın yaşadığı binanın yanına gedirik, xilasetmə işləri davam edir. Hələlik qardaşımgildən bir xəbər yoxdur.

News24.az xəbər  verir ki, bu sözləri açıqlamasında dağıntılar altında qalan Malatya İnönü Universitetinin tələbəsi Gündüz Nəzərzadənin qardaşı Arzuman Nəzərzadə deyib.

"Qardaşım və digər üç yoldaşı bir binada qalırdı, bina zəlzələdə dağılıb, rəsmi qurumlardan xəbər gözləyirik", - o söyləyib.

Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində dağıntılar altında qalan Gündüz Nəzərzadə, Samir Quliyev, Şahin Verdiyev və Hümam İsmayıllı Malatya İnönü Universitetində təhsil alır. Hər birinin valideyni hazırda Türkiyədədir.