"Qapı-qapı gəzib qardaşımı axtarıram" - Zəlzələnin qurbanı olan azərbaycanlı tələbənin qardaşı
    • 7-02-2023, 16:03
    • 387

"Qapı-qapı gəzib qardaşımı axtarıram" - Zəlzələnin qurbanı olan azərbaycanlı tələbənin qardaşı

"Qardaşımdan heç bir xəbər ala bilmirik. Qapı-qapı gəzib Gündüzü axtarıram". 

Bunu News24.az-a açıqlamasında Gündüz Nəzərzadənin qardaşı Arzuman Nəzərzadə deyib.

O bildirib ki, qardaşını özü təkbaşına axtarır: "Hal-hazırda qardaşımın yaşadığı binaya gəlmişəm. Tədris-araşdırma xəstəxanasına da baxdım. Adları qeydiyyatda deyil. Bir-bir insanlardan soruşdum. Tapa bilmədim. İndi dağıntılar olan yerə gedib baxacam. Mətbuatda qardaşımın tapılması ilə bağlı xəbərlər yayılıb. Yalandır. Bəlkə, hələ də dağıntılar altındadır. Burada heç bir köməyim yoxdur". 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən 7.7 ballıq zəlzələdən sonra Türkiyənin Malatya şəhərində binanın uçması nəticəsində azərbaycanlı tələbələr də dağıntılar altında qalıb. Ötən gün tələbələrin dağıntılar altından çıxarılması ilə bağlı məlumatlar yayılmışdı.  

Qumral Əliyeva