Bakıda tələbə niyə öldürüldü – Ötən gecəki hadisənin TƏFƏRRÜATI
    • 9-02-2023, 16:30
    • 331

Bakıda tələbə niyə öldürüldü – Ötən gecəki hadisənin TƏFƏRRÜATI

Fevralın 8-nə keçən gecə Binəqədi rayon Dərnəgül qəsəbəsində yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında tələbənin öldürülməsinin bəzi təfərrüatları üzə çıxıb.

News24.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyev hadisəni törədən 2007-ci il təvəllüdlü Elşad Muxtarovla otaq yoldaşı olub.

Ə.Mərəyev Lənkəran, 16 yaşı hələ tamam olmamış Elşad isə Mingəçevir şəhər sakinidir.

Otaq yoldaşları bildiriblər ki, iki tələbə arasında hadisədən əvvəl bir neçə dəfə mübahisələr olub. Fevralın 8-nə keçən gecə isə onların mübahisəsi daha da şiddətlənib və Elşad bıçaq götürərək özündən 5 yaş böyük otaq yoldaşına çoxsaylı zərbələr endirib. Ə.Mərəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Taleh BAĞIROV