Azərbaycanda ər, arvadı və 3 yaşlı oğlu xəstəxanaya çatdırıldı – BU SƏBƏBDƏN
    • 5-12-2022, 12:08
    • 313

Azərbaycanda ər, arvadı və 3 yaşlı oğlu xəstəxanaya çatdırıldı – BU SƏBƏBDƏN

Mingəçevir şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 4-nə keçən gecə Mingəçevir şəhəri Heydər Əliyev prospekti 9 ünvanındakı binada baş verib.

Həmin binadakı mənzildə yaşayan 1981-ci il təvəllüdlü Elşad Kərimov, arvadı, 1990-cı il təvəllüdlü Əminə və 2019-cu il təvəllüdlü oğlu Emil zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onların dəm qazından zəhərlənməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.