Hərbi həkimlərimiz Türkiyədə 10 cərrahi əməliyyat etdi
    • 9-02-2023, 16:53
    • 283

Hərbi həkimlərimiz Türkiyədə 10 cərrahi əməliyyat etdi

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər. Bundan başqa tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.