Salyan sakini Türkiyədə zəlzələdə həlak oldu
    • 10-02-2023, 00:30
    • 291

Salyan sakini Türkiyədə zəlzələdə həlak oldu

Rusiya vətəndaşı olan azərbaycanlı iş adamı Hatayada baş verən zəlzələdə həyatının itirib.

Əslən Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalaraq ölüb.

Eldəniz Əliyev 40 ilə yaxın Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb. Ticari işləri ilə əlaqədar Hatay şəhərində səfərdə olan E.Əliyev zəlzələnin qurbanı olub. Onun cənazəsinin doğulduğu Salyan rayonuna gətirilməsi istiqamətində işlər aparılır /Teleqraf.com/

Allah rəhmət eləsin!