Bayden salamlaşdığı görünməz insandan danışdı
    • 11-02-2023, 10:18
    • 159

Bayden salamlaşdığı görünməz insandan danışdı

ABŞ prezidenti Co Baydenin davamlı olaraq hansı gözəgörünməz insana salam vermək istədiyi məlum olub.

News24.az xəbər verir ki, bu barədə Bayden özü açıqlama verib. 

Bayden qatıldığı tədbirdə etiraf edib ki, hər dəfə ABŞ prezidentinin təqdim edildiyini eşidəndə ətrafa baxır. Özünün bu vəzifədə olduğunu unudan siyasətçi davamlı olaraq prezidenti görməyi ümid edir. 

“Hər dəfə “Birləşmiş Ştatların Prezidenti” sözünü eşidəndə ətrafa baxıb deyirəm: “O haradadır?””, - deyə Bayden bildirib. / Ren Tv/

Teymur MƏMMƏDOV