-
- 28-01-2019, 11:05
- 3 201
Xamis Məmmədovun ölümünün yeni detalları bəlli oldu - FOTO
Xamisi dünən dəfn ediblər. Hazırda isə onun ailəsinə başsağlığı vermək üçün Sabirabada gedirəm.
Bunu MMA, Qraplinq və Pankration Federasiyasının prezidenti Azad Əsgərov deyib.
Döyüş sambosu, MMA üzrə azərbaycanlı keçmiş döyüşçü Xamis Məmmədov dünən gözlənilməz şəkildə vəfat edib.
Bir neçə il əvvəl məşhur UFC döyüşçüsü Həbib Nurməhəmmədovu Dağıstan açıq çempionatında məğlub etmiş Xamisin qripdən vəfat etdiyi bildirilir.
Bunu vaxtilə onu Bakıda yarışlara hazırlaşdırmış Azad Əsgərov da təsdiqləyib:
“Soyuqlamadan vəfat edib. Bir-iki gün əvvəl nəfəs almaqda çətinlik çəkirdi”.
34 yaşlı Xamis Məmmədovun Sabirabadda müəllimi olmuş Nazim Məlikov isə saytımıza açıqlamasında onun qripdən ölməsinə dair yayılan xəbərlərin doğru olmadığını bildirib:
“Yayılan xəbərlər doğru deyil. Ciyərində soyuqdəymə vardı. Sabunçu xəstəxanasında yatırdı. Beşinci gün onunla danışmışam. Həmin gün axşam xəstəxanada qızdırması qalxıb, həkim nəzarəti olmayıb. Onun əvvəldən ciyərində ləkəsi var idi. Bu soyuqdəymədən sonra xəstəliyi daha da güclənib və rəhmətə gedib. Xamis idmanı atsa da, o qədər də passiv deyildi. İki-üç gündən bir ova gedirdi”.
//OxuAz