Daha 2 nəfər dağıntılar altından xilas edildi
    • 11-02-2023, 13:15
    • 209

Daha 2 nəfər dağıntılar altından xilas edildi

Türkiyənin Malatya əyalətinin Battalqazi rayonunda 83 yaşlı qadın 124,5 saatdan sonra dağıntılar altından xilas edilib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Başqa bir məlumata görə, Türkiyənin Hatay əyalətinin Antakya rayonunda 2 yaşlı körpə zəlzələdən 122 saat sonra dağıntılar altından sağ çıxarılıb.