-
- 2-11-2020, 09:20
- 601
İzmirdə 3 yaşlı uşaq 65 saat sonra dağıntılar altından xilas edilib
Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.
News24.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.
Məlumata görə, 3 yaşlı Elif Perinçek adlı qız zəlzələdən 65 saat sonra dağıntılar altından çıxarılıb.
Xatırladaq ki, İzmir şəhərinin Seferhisar rayonunda baş vermiş 6,6 bal gücündə yeraltı təkan nəticəsində 79 nəfər həlak olub, 962 nəfər yaralanıb. Hazırda 8 binada xilasetmə işləri aparılır. Zəlzələdən sonra 1120 aterşok qeydə alınıb. Onlardan 43-ü 4 baldan yuxarıdır.