-
- 11-02-2023, 15:11
- 444
Bakıda taksi sürücüsü onu gözlədən müştəriyə görün nə etdi
Bakıda taksi sürücüsü ilə müştəri arasında baş vermiş anlaşılmazlıq məhkəmədə aydınlaşdırılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, paytaxtda taksi fəaliyyəti göstərən Saatlı rayon Mustafabəyli kənd sakini, 1994-cü il təvəllüdlü R.Nəzərov Yasamal rayonu ərazisində sifariş götürüb. O, deyilən ünvana gedərək 20 dəqiqəyə yaxın gözləyib və müştərinin mobil telefon nömrəsinə zəng edib. Lakin müştəri telefona cavab verməyib. Bundan əsəbləşən taksi sürücüsü onu yarım saatadək gözlədən şəxsin telefonuna təhqiramiz sözlər yazıb.
Təhqir dolu mesaj alan şəxs taksi sürücüsündən polisə şikayət edib. Sürücü polis tərəfindən müəyyən edilərək saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə prtokol tərtib edilib.
Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən iclasda protokola baxılıb və taksi sürücüsü 100 manat cərimə edilərək sərbəst buraxılıb.