Afrika Millətlər Kubokunun vaxtı Ramazan ayına görə dəyişdirilib

Afrika Millətlər Kubokunun vaxtı Ramazan ayına görə dəyişdirilib İdman
Ramazan ayına görə Afrika Millətlər Kubokunun vaxtı dəyişdirilib.

Bu barədə yarışın Təşkilat Komitəsindən "Frans-Press"ə bildirilib. Turnir 15 iyun - 13 iyulda deyil, 21 iyun - 19 iyulda keçiriləcək.
Dəyişikilik bir neçə Şimali Afrika ölkəsinin Afrika Futbol Konfederasiyasına müraciətindən sonra gerçəkləşib. Onlar 5 may - 3 iyunu əhatə edəcək Ramazan ayı zamanı oruc tutacaq futbolçuların bərpa olunması üçün belə bir addım atıblar.
Qeyd edək ki, bu il Afrika Millətlər Kuboku Misirdə keçiriləcək. 2017-ci ildə yarışın yanvarda deyil, yayda təşkil olunmasına və iştirakçıların sayının 16-dan 24-ə artırılmasına dair qərar qəbul olunub. 

//Report