Musa Qurbanlı rekorda imza atdı
    • 13-02-2023, 15:58
    • 373

Musa Qurbanlı rekorda imza atdı

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb.

News24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçu buna “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur oyununda fərqlənməklə nail olub.

Qurbanlı mövsümdə 16-cı qolunu vurub. O, bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib.
Onadək bu rekord 15 qola bərabər idi. 1998/1999 mövsümündə “Dinamo”nun hücumçusu Fərrux İsmayılov 15 qola imza atıb. 2005/06 mövsümündə “Şahdağ”ın nigeriyalı legioneri Əhməd Ticani eyni sayda fərqlənib. Bu rekordu əvvəlki turda təkrarlayan Qurbanlı “Sabah”la görüşdə mütləq rekord vurub.

Bu qol həm də forvardın “Qarabağ”ın heyətində yubiley qolu olub. O, Ağdam klubunun forması ilə Premyer Liqada 25-ci dəfə rəqib qapılarına yol tapıb.