-
- 13-02-2023, 16:01
- 241
Zəlzələdə yaxınlarını itirən məşhurlar
Ötən həftə Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ 10 vilayətdə böyük dağıntılara səbəb olub. Zəlzələ nəticəsində 31 min 643 nəfər həyatını itirib. Zəlzələdə dünyasını dəyişənlər və dağıntılar altında qalanlar arasında Türkiyənin məşhur şəxslərinin yaxınları da olub.
News24.az xəbər verir ki, qurucusu olduğu "Dostum" dərnəyi ilə Kahramanmaraşda baş verən zəlzələdən sonra yardım kampaniyasına başlayan Haluk Leventin əmisi oğlu dağıntılar altında qalıb.
Zəlzələdən zərər çəkən və dağıntılar altında qalanlardan biri də Başak Gümülcinelioğlunun anası olub. Hatayda baş verən zəlzələdən sonra anası ilə əlaqə yarada bilmədiklərini bildirən aktrisa sosial media hesabında paylaşım edərək kömək istəyib.
Aparıcı Zuhal Topal isə baş verən zəlzələdə əmisini, əmisi oğlunu və dostunu itirib.
Müğənni Seren Serengilin sevgilisi Mustafa Rəhman Tohmanın ailəsi dağıntılar altında qalıb. Mustafa Rəhman göz yaşları içində ailəsinin xilas edilməsi üçün kömək istəyib.
"Yarqı" serialının məşhur aktyoru Uğur Aslan instaqramda paylaşdığı videoda ailəsi üçün yardım çağırışı edib. O, ailəsinin yarıdan çoxunun dağıntı altında qaldığını bildirib.
Aktrisa Melisa Aslı Pamuk fiziki qüsurlu nənəsi və xalası üçün çağırış edib: "Nənəm yeriyə bilmir, xəstədir. Xalamla birlikdə binada qalıblar. Bina nə vəziyyətdədir, bilmirik. Bölgədə kömək edə biləcək kimsə var?"- deyə o, paylaşımda bildirib.
Aktyor Erkan Petekkaya isə həyat yoldaşının ailəsi üçün yardım istəyib.
Qumral Əliyeva