Əfqanıstanda zəlzələ , 280 nəfər öldü
    • 22-06-2022, 11:27
    • 344

Əfqanıstanda zəlzələ , 280 nəfər öldü

Əfqanıstanın Pakistan sərhədinə yaxın olan Xost şəhərindən  5,9 bal gücündə zəlzələdə 280 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, zəlzələnin hiss olunduğu bölgələrə vertolyotlar və xilasetmə qrupları göndərilib.

Zəlzələdən ən çox zərər çəkən Paktika vilayətinin Barmal, Ziruk, Naka və Qayan bölgələrində ilkin məlumatlara görə 280 nəfər həyatını itirib, yüzlərlə insan isə yaralanıb.

Qonşu Xost əyalətində azı 25 nəfər ölüb, 95 nəfər yaralanıb.

Paktikada ən azı 90 evin dağıldığı, onlarla insanın dağıntılar altında qaldığı bildirilib.